Sosial şəbəkələrdə yük maşınları dənizə daxil olaraq şou göstərdiyi videolar yayılıb. Görüntülərdən məlum olur ki, bir neçə yük maşını insanların olduğu çimərlik ərazisinə daxil olaraq təhlükəli manevrlər edir. Bəs şou göstərənlər niyə dənizə gələnləri nəzərə almırlar. Dənizdə həm çirklilik, həm də çökəklik yaranır. Belə halların baş verməsi nə dərəcədə düzgündür?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, çimərliyə nəqliyyat vasitələrinin daxil olaraq şou göstərməsi cəmiyyətə açıq şəkildə hörmətsizlikdir:
“Bu dənizdə çimən və istirahət edən insanların həyatını təhlükəyə atmaqdır. Belə hərəkətlərə yolverən insanlar cəmiyyətə hörmətsizlik edirlər. Dənizdə iyrənc atmosfer yaradırlar. Bu kimi şəxslərlə bağlı ölçü götürülməli və hərəkətləri ilə əlaqədar hüquqi qiymət verilməlidir. Çimərlikdə nəqliyyat vasitələrinin giriş və çıxış hissəsi ayrı olur. İnsanların istirahət etdiyi yerlərdə belə hərəkətlər yolverilməzdir”.