36 saat axtarıldı: Kiçik qıza timsah hücum edib

Avstraliyanın Palumpa bölgəsində dərədə çimərkən timsahın hücumuna məruz qalan 12 yaşlı qızın cəsədinin parçaları tapılıb.

Sherg.az xəbər verir ki, Avstraliyanın Şimal  əyalətində 12 yaşlı qızın axarda çimərkən itkin düşməsi xəbərini alan polis qüvvələri axtarış əməliyyatına başlayıb.

Quru, hava və su ilə 36 saat davam edən gərgin axtarışlar nəticəsində qızın itdiyi yerin yaxınlığından çay sistemindən cəsəd hissələri tapılıb.

Parçaların itkin düşdüyü bildirilən qıza aid olduğunu ifadə edən yüksək səviyyəli polis məmuru Erica Gibson, Palumpa bölgəsi yaxınlığında tapılan cəsəd parçalarının üzərindəki yaraların timsah hücumunu təsdiqlədiyini açıqlayıb.

Bu nəticənin qızın ailəsi və axtarışda iştirak edən hər kəs üçün kədərli olduğunu ifadə edən Gibson, timsahı tutmaq üçün işlərin davam etdiyini ifadə edib.


Avstraliyanın şimal hissəsində çox rast gəlinən duzlu su timsahları keçmişdə həddindən artıq balıq ovu səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib.

Buna görə  su timsahları 1970-ci ildə qanunla qorunurdu.

Avstraliyada duzlu su timsahlarının hal-hazırda sayının təxminən 100 min olduğu təxmin edilsə də, bu timsahların hücumlarına nadir hallarda rast gəlinir.

Avstraliyada vəhşi heyvanların hücumları nəticəsində hər il xeyli insan ölür.