Qaxda 20 yaşlı gənc sükan arxasında vəfat edib

Qaxda 20 yaşlı traktorçu ürəktutmadan vəfat edib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəymədağlı kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Loğman Fərman oğlu Məmmədli yaşadığı kəndin ərazisində traktorla hərəkət olan zaman ürəktutmadan vəfat edib.

Traktor kolluq əraziyə daxil olaraq dayanıb.

Faktla bağlı araşdırma aparılır.