Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən beş nəfər Əlcəzair vətəndaşı saxlanılıb.
Oxu.Az bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair vətəndaşları - 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Çeriçi Hiçem və 2003-cü il təvəllüdlü Nebab Aymen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar:
"Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.