
Ekoloq: Küləkdə ən təhlükəli yer ağacların olduğu ərazilərdir
09:14 05.02.2025
Ekologiya
530
Bakıda küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
"Fevralın 5-i, saat 08:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.", – məlumatda qeyd olunub.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, sarı xəbərdarlıq küləyi zamanı evdən çölə çıxmaq mümkündür, amma ehtiyatla və yalnız zəruri hallarda çıxmaq tövsiyə olunur:

“Bu xəbərdarlıq, küləyin güclü olacağını və müəyyən təhlükələr yarada biləcəyini göstərir. Külək şüşələri, metal və digər yüngül obyektləri hərəkət etdirə bilər ki, bu da insanlar üçün təhlükə ehtimalını artırır. Küləyin güclü olduğu zaman, ağaclardan, yüksək binalardan, asma obyektlərdən uzaq durmaq vacibdir. Həmçinin, avtomobili ağacların altında saxlamaq olmaz. Küləkdə ən təhlükəli yer ağacların olduğu ərazilərdir. Digər tərəfdən məhəllələrdə yaşı keçmiş ağaclardan ehtiyatlı olmaq lazımdır. Təəssüflər olsun ki, Yaşıllaşdırma idarəsi yaşı ötmüş ağacları kəsmir. Ancaq cavan ağacları kəsərək yerində binalar salırlar. Bakı və Abşeron yarımadasında küləyin şiddətinin artması gözlənildiyindən, vətəndaşların ehtiyatlı olmaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri vacibdir. Sarı xəbərdarlıq, küləyin yaradacağı potensial təhlükələrin önlənməsi üçün vaxtında hazırlıq edilməsini tələb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Premyeraya iti ilə qatıldı
06:00 24.08.2026
Şou
Ürəyiniz üçün portağal yeyin
05:15 24.08.2026
Sağlamlıq
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
04:34 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol