“Bakı Bus” avtobusu ağaca çırpıldı: xəsarət alanlar var - VİDEO
Yusif Nəzərli
06:56 24.03.2025
Hadisə
383
Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ilə Qəzənfər Musabəyov parkının yaxınlığından keçərkən Bakı Bus MMC-yə məxsus 10 nömrəli marşrut xəttinin avtobusu ağaca çırpılıb.
Hadisə ilə bağlı açıqlama verən Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, avtobusun ağaca çırpılmasına səbəb ehtiyatsızlıq olub:
“Bu gün saat 7:10-da "Bakı Bus" MMC-nin balansında olan 10 nömrəli marşrut xətti üzrə hərəkət edən 77 JA 658 dövlət qeydiyyat nişanlı avtobus Nazim Hikmət küçəsi, 73 ünvanında (Mirəli Seyidov küçəsi ilə kəsişmədə) hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb. Nəticədə ağac qırılaraq dayanacaqda dayanan 90 TE 377 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşıb.
İlkin məlumata əsasən, nəqliyyat vasitəsinin sürücüsü Şəhriyar Məcidzadə ehtiyatsızlıq səbəbindən idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobilinin vasitəsilə 1 saylı Klinik Xəstəxanaya aparılaraq ilkin tibbi müdaxilə edilib, hazırda onların vəziyyəti normaldır. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət