
Türkiyə olmasa, Avropanın təhlükəsizliyi böyük sual altına düşəcək - ŞƏRH
Yusif Nəzərli
16:27 24.03.2025
Aktual
550
Avroatlantik məkan, son illərdə siyasi və təhlükəsizlik sahəsində ciddi dəyişikliklər ilə qarşı-qarşıya qalıb. Xüsusilə, Donald Trampın ABŞ Prezidenti olaraq hakimiyyətə gəlməsi ilə başlayan dövr, Avropa ilə ABŞ arasında əsaslı fikir ayrılıqları yaradıb. Bu prosesin başlıca səbəblərindən biri, Trampın Avropanın təhlükəsizliyinin təmin edilməsində ABŞ-nin təkbaşına məsuliyyət daşımayacağını bəyan etməsidir. Bu vəziyyət, həm NATO-nun gələcəyini, həm də Avropanın ümumi təhlükəsizlik strukturunu təhdid edir. Həmçinin bu məsələ Avropa Birliyi və Türkiyənin strateji əlaqələrinin gələcəyinə, bölgənin təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərməkdədir.

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a açıqlamasında Avroatlantik məkanın qarşılaşdığı çətinliklərdən söz açıb:
"Bugün Avroatlantik məkan parçalanmaq ərəfəsindədir. Bunun başlıca səbəbi Donald Trampın hakimiyyətə gəlməsidir. Çünki Tramp, artıq Avropanın təhlükəsizliyini bir tərəfli şəkildə təmin etməyəcəyini bəyan edib. Bu, Avropa ilə ABŞ arasında ciddi fikir ayrılıqları və parçalanma təhlükəsi yaradıb.
NATO-nun maliyyə yükü ABŞ-nin üzərinə düşür. NATO yaranandan bu günə qədər Avropa Birliyinə daxil olan ölkələr əsas xərci iqtisadiyyatın, texnologiyanın inkişafına və insanların rifahına, sosial xərclərə yönəltsə də digər müdafiə və təhlükəsizlik ağırlığı maliyyə baxımından ABŞ-nin üzərinə düşüb. ABŞ prezidenti artıq bunun belə olmayacağını bəyan edib. Belə olduğu təqdirdə Avropa qitəsi dolayısı ilə təhlükəsizlik nöqteyi nəzərdən ciddi narahatlıq keçirməyə və problemlər yaşmağa başlayıb. Çünki ABŞ NATO-nu maliyyələşdirmədiyi təqdirdə bu ağır yükü Avropa dövlətləri üzərinə götürməlidir. Bu kontekstdə Ukrayna yardımdan ABŞ-nin imtina etmə qərarı nəticəsində rəsmi Kiyevin bundan sonra müharibə apara bilmə yükü də Avropa qitəsinin üzərinə düşəcək. Belə olduğu təqdirdə Avroatlantik məkanın parçalanması, dostluğun başa çatması təhlükəsi mövcuddur. Avropa qitəsinin müdafiə ilə bağlı hər hansı bir qərarı və ya ordusu yoxdur.
NATO Avroatlantik məkanın hərbi gücüdür. NATO dağıldığı təqdirdə Avropa yeni müdafiə və təhlükəsizlik sistemi yaratmağa məcbur olacaq. Bu vəziyyətdə təhlükəsizlik nə qədər ciddi olacaq, bu, böyük bir sual doğurur. Məsələ çox kövrəkdir".
Ekspert NATO-nun ikinci ən ciddi və döyüşkən ordusunun, onun cənub cinahlarını qoruyan Türkiyə olduğunu bildirib.
"Avropa Birliyi Türkiyəni yanına almasa, onunla hüquqi və siyasi əməkdaşlıq etməsə, Avropanın təhlükəsizliyi böyük sual altına düşəcək. Bu gün Türkiyənin Avropaya deyil, Avropa qitəsinin Türkiyəyə ehtiyacı var. Paralel bir də Avropanın təkcə Ukraynaya deyil, həm də özünə silahların verilməsinin dayandırılması məsələsi onun ciddi problemlərlə üzləşməsinə səbəb olub. Bu zaman məsələsidir. Bu gün onun təcili silah istehsal edib Ukraynaya yardım etməsi üçün hərbi sənaye kompleksinə ehtiyacı var ki, bu da ABŞ-da mövcuddur. ABŞ hərbi-sənaye kompleksindən imtina etdiyi təqdirdə isə ən inkişaf etmiş hərbi-sənaye kompleksi olaraq qardaş Türkiyə qalacaq. Bu baxımdan da Türkiyəyə möhtacdırlar.
Türkiyənin Avropa Birliyinə daxil olması zaman məsələsidir. Çünki Avropa Birliyində çevik qərarlar mexanizmi mövcud deyil. Bu qurum hələ də vahid hərbi-siyasi məkan kimi fəaliyyət göstərə bilmir. Biz bunu Ukrayna müharibəsində və yardım məsələlərində də gördük. Əgər Avropa birliyi xristian bloku kimi fəaliyyət göstərməyə davam edəcəksə bu Avropa qitəsinin problemi olacaq.
Ukrayna tamamiliklə ram edildiyi təqdirdə Avropanın şərq hissəsi: Polşa, Ruminya, Bolqarıstan və digər dövlətlər, eyni zamanda Baltikyanı kiçik dövlətlər də Rusiyanın hədəfinə çevriləcək".
Politoloq sonda Avropanın bu cür təhlükəsizliyi təmin etmək imkanlarının olmadığını, bunu bildiyi üçün ABŞ Prezidenti Donald Trampın Avropa Birliyinə təzyiqlər etdiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya