Antiterror əməliyyatından sonra David İşxanyanın Xankəndidəki hotelində silah-sursat aşkarlanıb
12:19 03.04.2025
Hadisə
356
Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İxşanyana məxsus “Park” adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlanıb.
APA xəbər verir ki, aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə həmin silah-sursatla bağlı sual ünvanlayıb.
Təqsirləndirilən şəxs rabitə vasitələrinin hotelə məxsus olduğunu deyərək silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq deyib: “Mənim fikrimcə, o hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər o hoteldə məskunlaşmışdı. Ehtimal ki, (silah-sursatı – red.) onlar qoyublar”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm