Tamp haqlı olaraq Fransada baş verən proseslərə bu cür mövqe bildirib -Politoloq
11:50 04.04.2025
Dünya
456
ABŞ Prezidenti Donald Tramp Fransanın Milli Birlik partiyasının parlament fraksiyasının lideri Marin Le Penlə bağlı Paris məhkəməsinin qərarına münasibət bildirib.
Tramp “Truth Social” hesabında paylaşımında Le Penə verilən cəzanı “cadugər ovu” nümunəsi adlandırıb, ona azadlıq tələb edib.
“Marin Le Penə qarşı “cadugər ovu” Avropa solunun qanundan azad sözü susdurmaq və siyasi rəqibini senzura etmək üçün bir silah kimi istifadə etməsinə daha bir nümunəsidir. Bu dəfə rəqibi həbsə atmağa qədər irəliləyir”, - Ağ Ev rəhbəri vurğulayıb.
Tramp qeyd edib ki, əvvəllər özü də oxşar siyasi təqiblərə məruz qalıb: “Mən Marin Le Peni tanımıram, amma onun bu illər ərzində bu qədər çalışmasını yüksək qiymətləndirirəm. Le Pen illər boyu çox mübarizə apardı. O, itkilər verdi, lakin davam etdi və qələbədən bir qədər əvvəl onu kiçik bir zərbə ilə vurdular. Hansı tərəfdə olmalarından asılı olmayaraq, bütün bunlar Fransa və böyük fransız xalqı üçün çox pisdir. Marin Le Peni azad edin!”
Qeyd edək ki, Fransa məhkəməsi ifrat sağçı lider, Milli Birlik partiyasının lideri Marin Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib. Məhkəmə Marin Le Peni iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edib. O, həmçinin növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən, habelə 5 il siyasətlə məşğul olmaqdan məhrum edilib.
Politoloq Sahil Kərimli "Sherg.az"a bildirib ki, ABŞ Trampın hakimiyyətə gəlməsindən sonra tamamilə yeni siyasi kursa qədəm qoydu:
"Ağ Evin sahibinin Avropa ölkələrinə münasibəti köklü şəkildə dəyişməsi göz önündədir. Bu baxımdan Tramp çox yaxşı anlayır ki, Avropanın əksər ölkələri son illərdə böyük yanlışlıqlara yol veriblər. Emmanuel Makronun hakimiyyəti dövründə Vaşinqton-Paris əlaqələrində müəyyən problemlər yarandı. Ağ Evin sahibinin Fransada baş verən son proseslərə bu cür sərt mövqe bildirməsi də Makron hakimiyyətinə olan münasibətin bariz nümunəsidir. Ümumiyyətlə Makron və onun komandası Fransanı gözdən salmaq istiqamətində bütün "imkanlarını" ortaya qoydular".
Politoloq vurğulayıb ki, Makronun yarıtmaz daxili və xarici siyasəti onun onsuz da olmayan nüfuzunu daha da aşağı səviyyəyə gətirib çıxarıb:
"Bu ikiüzlü siyasət təkcə Cənubi Qafqaz ölkələrinə və Azərbaycana deyil, dünyanın bir çox ölkələrinə qarşı həyata keçirilib. Digər tərəfdən Tramp haqlı olaraq Fransada baş verən proseslərə bu cür mövqe bildirib. Makronun öz siyasi rəqiblərini siafrişlə həbs etdirməsi, Fransada siyasi məhbus ovuna çıxılması bu ölkənin əsl simasını ortaya qoyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə