Kreml: Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir
10:47 07.04.2025
Dünya
347
Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir.
APA-nın Moskva bürosu xəbər veriri ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın zərbələri dayandırmağın zəruriliyi ilə bağlı sözlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Putin atəşkəs ideyasını dəstəkləyir, lakin bunun baş verməsi üçün bir neçə məsələnin həlli lazımdır.
"Prezident Putin həqiqətən də atəşkəs zərurəti ideyasını dəstəkləyir. Lakin buna qədər bir sıra suallara cavab tapmaq lazımdır. Bu suallar havadan asılı qalıb və hələ heç kim onlara cavab verməyib", - Kremlin sözçüsü qeyd edib.
Peskov izah edib ki, burada söhbət Ukrayna hakimiyyətinə nəzarətin olmamasından, Ukrayna hakimiyyətinin sadəcə olaraq Kiyevə tabe olmayan bir sıra ekstremist və millətçi birləşmələrin hərəkətlərinə nəzarət etməsinin mümkünsüzlüyündən gedir: "Bu, həm də Kiyevin gələcək hərbiləşdirilməsi planları ilə bağlıdır. Bütün bu nüanslar hələ də gündəmdədir”, - deyə Putinin mətbuat katibi əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm