KİV: HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək
Yusif Nəzərli
19:26 07.04.2025
Dünya
300
Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Misirin Qəzza zolağında atəşkəslə bağlı təklifini müzakirə etmək üçün yaxın saatlarda Qahirəyə gələcək.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Araby Al Jadeed” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, planlaşdırılan məsləhətləşmələrdə Qəzza zolağında atəşə son qoymaq üçün Misirin vasitəçilik səyləri, Misirin atəşkəs təklifi və girovların qismən dəyişdirilməsi müzakirə olunacaq.
Bundan əlavə, mənbələrin məlumatına görə, Misir tərəfi HƏMAS nümayəndə heyəti ilə FƏTH hərəkatının fraksiyalar arasında parçalanmaya son qoymaq və Fələstin rəhbərliyini birləşdirmək təklifini müzakirə etmək niyyətindədir. FƏTH nümayəndə heyəti aprelin 5-də Qahirəyə səfər edib və Misirin xarici işlər naziri Bədr Əbdül Ataya mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün öz baxışını təqdim edib.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklava kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu Fələstinin radikal HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. HƏMAS hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm
İran Naxçıvana hücumda hansı dronlardan istifadə edib? - DETALLAR
14:37 05.03.2026
Gündəm