
Ekspert: Açıq qalan lyuklar mütləq məhəccərlənməlidir
13:52 01.09.2025
Hadisə
372
Bu kimi hallarda parkın idarə edilməsi rəhbərliyin öhdəliyindədir və nəzarət mexanizmi onların məsuliyyətinə daxildir
Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.
Baku.ws xəbər verir ki, hadisə dünən Mərkəzi parkda baş verib.
Ailə üzvlərinin dediyinə əsasən, ikiyaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1.5-2 metr olduğu bildirilir.
Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan körpə dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
İddiaya görə, kanalizasiya quyusunun lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev “Sherg.az”a bildirdi ki, park ərazisində hovuz, kanalizasiya və digər oxşar obyektlər mövcud ola bilər:

“Bu kimi hallarda parkın idarə edilməsi rəhbərliyin öhdəliyindədir və nəzarət mexanizmi onların məsuliyyətinə daxildir. Bununla yanaşı, əgər söhbət azyaşlı uşaqlardan gedirsə, onların əsasən valideyn nəzarəti altında olmaları tələb olunur. Doğrudur, bu, kanalizasiya lyukunun açıq qalmasına haqq qazandırmır. Lakin azyaşlı uşaqlar istənilən an maşın yoluna çıxa, hər hansı bir yerdən yıxıla, eləcə də kanalizasiya lyukuna, su hovuzuna və ya su quyusuna düşə bilərlər. Bu kimi amillərin qarşısının alınması birinci növbədə valideynlərin məsuliyyəti hesab olunur. Eyni zamanda, əgər açıq sahələr mövcuddursa, məsələn, yolun təmiri ilə bağlı işlər, qaz, su və ya kanalizasiya xətlərinin çəkilişi və bərpa işləri aparılırsa, həmin ərazilər mütləq şəkildə məhəccərlənməli və bağlanmalıdır. Digər tərəfdən, dəmir yığımı ilə məşğul olan şəxslər səbəbindən də problemlər yarana bilər. Adətən kanalizasiya lyukları petlə ilə bərkidilir, lakin köhnə lyuklarda petlənin olmaması onların oğurlanması ehtimalını artırır. Bu baxımdan hər hansı qurumu mütləq təqsirkar kimi göstərmək doğru deyil. Məsələn, yaxın keçmişdə Ziya Bünyadov prospektində avtomobil lyukun üzərindən keçərək qapağı qoparmış və zədələmişdi. Belə hallarda qapağın yenidən yerləşdirilməsi müəyyən vaxt tələb edə bilər. Bu müddət ərzində ora həm insanlar, həm də avtomobillər üçün təhlükə yarana bilər.
Bununla belə, böyüklər öz təhlükəsizliklərini müəyyən dərəcədə təmin edə bilirlər. Lakin azyaşlılar həddi-büluğa çatmamış hesab olunduqlarından onların təhlükəsizliyinə görə əsas məsuliyyət valideynlərin üzərinə düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya