60 yaşlı kişi mini traktorla qəzaya düşərək həlak olub

Gürcüstanın Kareli bələdiyyəsinin Bret kəndində 60 yaşlı kişi mini traktorla hərəkət zamanı yoldan çıxaraq qəza törədib.

24News.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə kəndin kənar ərazisində qeydə alınıb. Yerli sakinlər tərəfindən ölmüş kişinin meyiti səhər saatlarında aşkar edilib.

Sakinlərin verdiyi məlumata görə, ehtimal edilir ki, hadisə zamanı kişi özünü pis hiss edib və bu səbəbdən traktorun idarəsini itirib və yoldan çıxaraq aşıb.