Kanadada şok bəyanat: 30 beluqa balinası öldürülə bilər

Kanadadakı Marineland heyvanat parkı hökumətdən maliyyə yardımı ala bilməsə, 30 balinanı yatızdırmaq məcburiyyətində qalacağını açıqlayıb. 

Sherg.az xəbər verir ki, park uzun müddətdir heyvanlara pis rəftar iddiaları ilə gündəmdədir və 2019-dan bəri 20 balina ölüb.
Hökumət balinaları Çindəki başqa parka göndərmək tələbinə də razılıq verməyib. Heyvan hüquqları müdafiəçiləri balinaların təbii mühitə qaytarılmasını istəyir, lakin mütəxəssislər bunun riskli olduğunu bildirir. Son illərdə dəniz şoularına etirazlar artıb və izləyici sayı azalır.