Dövlət Komitəsi Ağdamda atası tərəfindən döyülən azyaşlının durumunu açıqladı
12:15 09.10.2025
Hadisə
397
Ağdamda atasının şiddətinə məruz qalan 2 yaşlı Musa hələ də xəstəxanadadır. Həyatda qalması belə möcüzə sayılan azyaşlı bu gün yaşamaq üçün mübarizəsini qalib başa vurur.
Bu barədə Teleqraf-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, 27 avqust tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək, aidiyyatı qurumlarla birgə fəaliyyətə başlanılıb.
"Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində, həyat savaşı verən azyaşlı yenidən həyata qaytarıldı.
Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.
Musa bəlkə də başına gələnləri unutacaq. Amma onun bədəni və ruhu uzun müddət daha çox sevgiyə, qayğıya və mərhəmətə ehtiyac duyacaq…
Qeyd edək ki, onun müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir", - məlumatda qeyd olunub.
Məlumat üçün bildirək ki, avqustun 26-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülüb. Hər iki uşaq öncə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan biri Musa Rəhimovun vəziyyəti ağır olduğundan, o Bakıya gətirilib.
Hər iki uşağın körpələr evinə yerləşdirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə