Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda dörd qadın təmir sexinin qarşısında saxlanılan təxminən 100 kiloqram ağırlığında və 2,10 metr hündürlüyündə soyuducunu oğurlayıb.
Sherg.az xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə qadınlardan birinin ətrafa nəzarət etdiyi, digərlərinin isə zənciri açaraq soyuducunu bağ qapısından çıxarıb yük maşınına yüklədiyi əks olunub.

Sex sahibi Deniz Atacan bildirib ki, "Dörd kişinin güclə gətirdiyi soyuducunu dörd qadın heç bir zədə vurmadan aparıb. Necə çıxardıqlarına heyrət etdik".

Hadisə ilə bağlı araşdırmalara başlayan Avcılar Polis İdarəsi şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.