"Arzum" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı - YENİLƏNİR

"Arzum 999" ləqəbli ilə tanınan tiktoker İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Tiktoker məhkəmə zalından azad edilib.