Ayı baxıcıya hücum edib, basketbol səbəti belə ayıra bilmədi

Çinin Zhejiang əyalətindəki Hangzhou Safari parkında bir qara ayı heyvan baxıcısına hücum edib. Zoopark rəhbərliyi bildirib ki, hadisə baxıcının böyük bir kök və alma torbası daşıması və ayının bunu görməsi səbəbindən baş verib. Ayının həyəanlanaraq yeməkləri almaq üçün baxıcıya hücum etdiyi qeyd olunub.

Sherg.az xəbər verir ki, baxıcı qaçmağa çalışıb, ayı onu hədəf almağa davam edib. Əməkdaşlar mövcud materiallardan-basketbol səbəti, çubuqlar, stullar və taburelərdən istifadə edərək ayını baxıcıdan ayırmağa çalışıblar. Baxıcı ayı yenidən üstünə atılmadan əvvəl böyük çətinliklə xilas ola bilib. Hadisədə həm ayı, həm də baxıcı xəsarət almadan sağ qalıb.

Sosial mediada yayılan görüntülər üzərində zooparkların bağlanmalı olduğu və heyvanların əsir saxlanmaması barədə şərhlər edilib.