Bakıda 48 yaşlı kişi evində ölü tapıldı

Bakıda meyit tapılıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki evlərdən birinin həyətində kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin ünvanda yaşayan 1978-ci il təvəllüdlü Habil Bayram oğlu Qurbanov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.