İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib.
O.Yusubov aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədib qaçan S.Camalovu polis əməkdaşları saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.