Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.
Sherg.az APA-ya istinadla xəbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
S.Məmmədova NİDA Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasıdır.