Cəlilabadda evdə yanğın olub

Cəlilabad şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a  verilən məlumata görə, Cəlilabad şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.