Haluk Leventlə bağlı yeni iddialar: Milyonlarlıq əməliyyatların pərdəarxası açılır

Ahbap Dərnəyi adına toplanan ianələrin şübhəlilərin hesablarına köçürüldüyü iddiaları ilə bağlı istintaq çərçivəsində həbs edilən dərnəyin qurucularından Alper Çelik “etkin peşmanlıq” müddəalarından yararlanmaq üçün ifadə verib.

Sherg.az xəbər verir ki, Alper Çelik ifadəsində uzun illər müğənni Haluk Leventlə birlikdə çalışdığını, onun bank hesabları üzərində blok olduğu üçün şəxsi hesablarından istifadə etdiyini bildirib.

Çelik iddia edib ki, hesablarına daxil olan və çıxarılan milyonlarla lirəlik əməliyyatlar Haluk Leventin göstərişi ilə həyata keçirilib. Onun sözlərinə görə, həmin vəsaitlər əsasən mərc oyunları, birja əməliyyatları və borc ödənişləri üçün istifadə olunub.

Şübhəli ifadəsində Leventin müxtəlif mərc saytlarında da onun adına açılmış hesablar vasitəsilə oyun oynadığını irəli sürüb.

İstintaq materiallarına əsasən, Alper Çelikin hesablarına yüz milyonlarla lirə həcmində pul köçürmələri qeydə alınıb. O isə bütün maliyyə əməliyyatlarının Haluk Leventin tapşırıqları əsasında aparıldığını bildirib.

Çelik həmçinin Ahbap Dərnəyinin fəaliyyətində birbaşa iştirak etmədiyini, dərnəyin maliyyə əməliyyatları barədə məlumatının olmadığını deyib. O, bəzi yardım məhsullarının anbarlarda istifadəsiz qaldığını da iddia edib.

Qeyd edək ki, Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı istintaq İstanbul Respublika Baş Prokurorluğu tərəfindən davam etdirilir.