Avqustun 1-də saat 19:24-də Lerik rayonunda Lerik stansiyasından 22 kilometr şərqdə zəlzələ qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, zəlzələnin maqnitudası 3,6 olub, ocağı isə 24 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunub.