Lerikdə 59 yaşlı kişi yıxılaraq ölüb

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini 59 yaşlı Vaqif Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, 3 metir hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.