Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb

Meksikanın paytaxtı Mexikonun mərkəzində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

Sherg.az xəbər verir ki, naməlum şəxslər küçədə hərəkət edən üç nəfərə atəş açdıqdan sonra motosikletlə hadisə yerindən qaçıblar.

Hadisə yerinə gələn təcili yardım əməkdaşları 42 yaşlı kişinin öldüyünü müəyyən ediblər. Yaralanan 39 yaşlı iki kişi ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanları hücum edən şəxslərin axtarışını aparır, hadisənin motivi araşdırılır.