Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO

Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanıb.

Sherg.az xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır./report.az