Polis 4 ton çəkidə çətənə kolunu məhv etdi

İyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.