Polkovnik: “MTN əməkdaşları məndən 315 min dollar aldılar”
Yusif Nəzərli
10:54 14.10.2021
Hadisə
321
Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik Mirzəli Yusifov dindirilib.
O deyib ki, 2009-2013-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi vəzifəsində çalışıb: “2007-ci ildə MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə çağırıldım. İdarədə mənə saxta ittihamla cinayət işi açacaqlarını bildirdilər və həbs edəcəkləri ilə şantaj olundum. Onlar məndən əvvəl 275 min dollar, daha sonra isə 25 min dollar pul aldılar. Bir qədər sonra isə 15 min dollar pul verməyə məcbur olundum. Ümumilikdə məndən 315 min dollar pul alındı”.
M.Yusifov söyləyib ki, 2013-cü ildə AAHM rəisi vəzifəsindən azad olunandan sonra yenidən Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “İdarədə məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı nazirliyin əməkdaşları Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edirdi. Onlar məndən 300 min dollar pul tələb etdilər. Həmçinin həmin şəxslər sabiq müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə verməyimi tələb etdilər. İmtina etdim. Bildirdilər ki, eyni kamerada Səfər Əbiyevlə birgə saxlanılacam, digər kamerada isə general Məmməd Beydullayev və Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov da olacaq. Mən qəti şəkildə bundan imtina etdim. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay müddətinə azadlıqdan məhrum edildim, cəzamı isə çəkib azadlığa çıxdım”.
Növbəti proses oktyabrın 21-də davam etdiriləcək.
11.11
Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
Belə ki, təqsirləndirilən şəxslərin yaxınları məhkəmə prosesinə buraxılsa da, heç bir səbəb göstərmədən jurnalistlərin məhkəmə zalına daxil olmasına icazə verilməyib.
Hazırda məhkəmə iclası davam edir.
İttihama görə, N.Şirinovun MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş E.Abdullayev və E.Tahirov, əməliyyat müvəkkili işləmiş N.Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, E.Abdullayev, E.Tahirov və N.Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya