Gürcüstanda 20 hərbçinin şəhid olduğu təyyarə qəzası ilə bağlı hadisə yerindəki araşdırmalar tamamlanıb.
Sherg.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 tipli hərbi təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.
Nazirlik, təyyarənin qalıqlarında araşdırmaların başa çatdırıldığını bildirib.
Açıqlamada deyilir:
“Qəza hissələrinin Kayseridə yerləşən 2-ci Əsas Texniki Xidmət zavoduna daşınması davam edir.”
Məlumatlara görə, qəza qalıqları hissələri üzərində ətraflı araşdırma Kayseridə aparılacaq. Təyyarəyə məxsus qara qutuların incələnməsi isə Hava Qüvvələri Komandanlığı və Tusaş mütəxəssisləri ilə yanaşı, Hacettepe Universitetinin müəllimlərindən ibarət heyət tərəfindən davam etdirilir.
C-130 tipli hərbi-nəqliyyat təyyarəsi 11 noyabrda Azərbaycandan havaya qalxdıqdan sonra Gürcüstanda qəzaya uğramış və 20 hərbçi şəhid olmuşdu.