Sabirabadda baş vermiş qəza 3 nəfərin həyatına son qoyub
Yusif Nəzərli
05:45 27.11.2024
Hadisə
372
Sabirabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Ətraflı
Yaralılar Çölbeşdəli kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib. “Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.
***
08.50
Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.
Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm