Ermənistan Baş naziri Nikol Paşinyan niyə xalqı qorxudur ki, Tavuş ərazilərini verməsək, müharibə olacaq?!
Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Qaqik Melkonyan deyib.
“Azərbaycanın İrəvan və Sevana (Göyçə – red.) ərazi iddiası olması ilə bağlı fikirlər səsləndirilir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazilərə iddiası yoxdur. O, öz tarixi torpaqlarını geri istəyir”, - Q.Melkonyan bildirib.
Melkonyanın fikirlərinə münasibət bildirən hərbi ekspert Emil Həsənli “Sherg.az”a vurğulayıb ki, Ermənistan indiyə qədər üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib:
“Ermənistan Çar və Bolşevik Rusiyası dövründə belə heç bir öhdəliyə əməl etməyib. Ermənilər 1905-1907, 1918, 1948-1953, 1920 və 1988-ci ildən bu günə qədər İqtidar və müxalifət məsələləri bir-birlərinin üzərinə atıblar. Ermənistan xalqı guya 44 günlük savaşda vuruşmaq istəyirdi? Lakin Ermənistanın on mindən artıq fərarisi var. Rəsmi İrəvanda əsgər anaları Nazirlər Kabineti, Müdafiə Nazirliyi və hərbi hissələrə gedərək övladlarının vuruşmaq istəmədiyini söyləyirdilər. Eyni zamanda əsirləri almaq üçün yalvarırdılar. Azərbaycan hümanistlik göstərib əsirləri qaytardı. Ermənistan sülh imzalamasa, 8 kəndi qaytarmasa, Zəngəzur dəhlizini açmasa, təzminat ödəməsə və Xocalıda əli azərbaycanlıların qanına batmış cinayətkarları təhvil verməsə, Azərbaycan bunun cavabını gec-tez qaytaracaq. Azərbaycan torpaqları işğal altında olduğu, İnsanların mina terroruna məruz qaldığı və köçkün həyatı yaşadığı halda Ermənistanın cəzasız qalması mümkün deyil. Ermənistan Azərbaycandan üzr istəməli və ağlını başına yığmalıdır. Əksi olan təqdirdə Azərbaycan qardaş ölkənin Suriya ərazisində terrordan qorunmaq üçün yaratdığı bufer zonanı Ermənistan ərazisində təşkil edəcək”.