Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanda minatəmizləmə və zərərsizləşdirmə əməliyyatı ilə tanış olublar.
Beynəlxalq konfransın iştirakçılarına bununla bağlı məlumat verilib.
Onlara bildirilib ki, azad olunmuş ərazilərdə Azərbaycanın yerli istehsalı olan texnikalardan istifadə edilməkdədir.