Zakir Həsənov bu generala yüksək vəzifə verdi

Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan vəzifəsinə icraçı təyin edilib.
Sherg.az Trend-ə istinadla xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib. Bu təyinatadək A.Pirverdiyev XTQ komandanın Maddi Texniki Təminat üzrə müavini olub.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin daha öncəki komandanı general-leytenant Hikmət Mirzəyev bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.