Çin və Vyetnam ilk birgə hərbi təlimlərini keçirəcək
18:16 20.07.2025
Hərbi
419
Çin və Vyetnam iyul ayında tarixlərində ilk dəfə olaraq birgə hərbi təlimlər keçirəcəklər. Bu addım iki ölkə arasında tədricən yaxınlaşmanın və ABŞ-nin tarif siyasətindən irəli gələn ortaq ticarət çətinliklərinin fonunda baş verir.
Trend xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlər Quanqsi bölgəsində – Çinin Vyetnamla sərhəddə yerləşən cənub bölgəsində baş tutacaq və əsas məqsəd iki ölkə orduları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.
Qeyd edək ki, tərəflər daha əvvəl birgə dəniz patrulları həyata keçirsələr də, qarşıdan gələn bu təlimlər iki ordu arasında ilk genişmiqyaslı birgə fəaliyyət olacaq.
Məlumatda qeyd olunur ki, hərbi əlaqələrin dərinləşməsi hər iki ölkənin ABŞ-nin iqtisadi təzyiqləri fonunda mövcud çağırışlara uyğunlaşmaq cəhdləri ilə paralel baş verir. Xüsusilə, ABŞ-yə əsas ixracatçılardan biri olan Vyetnam, keçmiş prezident Donald Trampın dövründə təklif olunan 20%-ə qədər tarif artımı ilə üzləşə bilər.
Vyetnamın həm Pekin, həm də Vaşinqtonla münasibətlərdə balansı qorumağa çalışdığı, bu səbəbdən də tərəfdaşlarını Çinin maraqlarına zidd olan razılaşmalardan çəkinməyə təşviq etdiyi vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya