Husilər İsraildə beş hədəfə PUA-larla zərbə endirdi
16:16 21.07.2025
Hərbi
355
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının silahlı qanadının sözçüsü Yəhya Saria İsraildə beş strateji hədəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiklərini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Saria bildirib ki, Ben Qurion hava limanı, Eylat limanı və Təl-Əviv yaxınlığındakı hərbi obyektlər də daxil olmaqla, ümumilikdə beş hədəfə zərbələr endirilib:
“Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri unikal hərbi əməliyyat həyata keçirib. Lod hava limanına (Ben Qurion), Yaffadakı hərbi obyektə (Təl-Əviv) və Umm əl-Rəşraş limanına (Eylat) hücumlar təşkil olunub”, - deyə Husi nümayəndəsi qeyd edib.
Hücumun miqyası, dəqiq nəticələri və İsrail tərəfinin bu zərbələrə reaksiyası barədə hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, Husi hərəkatı 2023-cü ilin sonlarından etibarən Qırmızı dənizdə və regionda İsrailə qarşı həm raket, həm də PUA hücumlarını artırıb.
Bu hücumlar əsasən Fələstində baş verən münaqişələr fonunda həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə