“Yuventus” 18 yaşlı futbolçu ilə müqavilə imzaladı

İtaliyanın “Yuventus” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi İsveçrənin “Syon” klubunun 18 yaşlı yarımmüdafiəçisi Yannik Kotteri transfer edib.

İsveçrəli klubunun əsas heyətində cəmi 2 oyun keçirsə də, A seriyası təmsilçisinin diqqətini cəlb edib. “Syon”im yeniyetmə və gənclər komandasında 15 matça çıxan yarımmüdafiəçi 5 qol vurub.

Qeyd edək ki, isveçrəli yarımmüdafiənin sol cinahında oynayır.