
Yaxınlaşma ümidi yoxdur: ABŞ Rusiyayla razılığa gəlmək niyyətində deyil
10:10 03.10.2025
Dünya
305
Turab Rzayev: ABŞ Moskvanın bərabər statusda hərəkətini və ya özünü qlobal güc kimi təqdimatını qəbullanmır
Rusiya öz milli maraqlarını rəhbər tutmaqda sərbəstdir və bu maraqlardan biri ABŞ ilə tam formatlı münasibətlərin bərpasıdır.
Bunu prezident Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında bildirib.
Putin qeyd edib ki, ABŞ administrasiyası öz ölkəsinin maraqlarına uyğun hərəkət edir və o, bu yanaşmanı rasional hesab edib.
“Amma onda, üzr istəyirəm, Rusiya da milli maraqlarına uyğun hərəkət etmək hüququnu saxlayır, bunlardan biri, qeyd edim ki, ABŞ-lə tam formatlı münasibətlərin bərpasıdır”, – deyə Rusiya prezidenti vurğulayıb.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, Rusiya ABŞ ilə münasibətlərin bərpasında maraqlı olması sürpriz deyil:

"Çünki ən azından Rusiyanın iqtisadi çətinliklərinin böyük hissəsi Vaşinqtonla problemlərdən qaynaqlanır. Faktiki olaraq, Rusiyaya tətbiq edilən əsas sanksiyalar ABŞ ilə bağlıdır. Əgər Vaşinqtonla münasibətlər bərpa olunsa, Rusiyanın üzərindəki sanksiyaların böyük hissəsi aradan qalxacaq. Çünki bu sanksiyalar əsasən ABŞ tərəfindən tətbiq edilib. Bəziləri birbaşa ABŞ tərəfindən, bəziləri isə Ağ Evin digər ölkələrə yönəlik təzyiqi nəticəsində tətbiq olunub. Məsələn, Çinin ikinci dərəcəli şirkətlərinə qarşı sanksiyalar, Hindistanın Rusiyadan neft və qaz alışı ilə bağlı məhdudiyyətlər, Türkiyəyə yönəlmiş təzyiqlər bu qəbildəndir. Yəni Vaşinqton üçüncü ölkələrə də təsir göstərərək Moskvanı iqtisadi təcrid vəziyyətinə salmağa çalışır.
Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və Afrikada Rusiya müəyyən maraqlarını qorumağa çalışsa da, keçmiş sovet məkanında bu daha qabarıq şəkildə özünü göstərir. Əsas sual budur: ABŞ bununla razılaşacaqmı? Görünən odur ki, ABŞ Moskvanın Vaşinqtonla bərabər statusda hərəkət etməsi və ya özünü eyni qlobal güc kimi təqdim etməsini qəbullanmır. Hələ vaxtilə Barak Obama Rusiyanı “İspaniyadan bir az böyük iqtisadiyyata sahib regional güc” adlandırmışdı. Donald Tramp isə Rusiyanı “kağız pələngi” kimi xarakterizə etmişdi. Bu isə ABŞ-nin Rusiyanı qlobal supergüc kimi görmədiyini göstərir. Belə olan halda ABŞ-nin Rusiyayla strateji məsələlər üzrə razılığa gəlmək niyyətində olmadığı aydın görünür. Gələcəkdə vəziyyət dəyişə bilər, amma indiki mərhələdə belə bir ehtimal çox zəifdir. Əslində, bir vaxtlar Tramp administrasiyasından müəyyən yaxınlaşma gözlənilirdi, lakin əksinə, onun dövründə də Rusiya ilə enerji ticarəti çətinləşdirildi, sanksiyalar sərtləşdirildi və Avropa İttifaqı ölkələrinə də bu istiqamətdə təzyiq göstərildi".
Analitikin sözlərinə görə, hazırkı məqamda ABŞ-nin Rusiyayla yaxınlaşmasına ümid yoxdur:
"Bununla belə, Putin düşünür ki, əgər ABŞ dünyanın müxtəlif regionlarında öz maraqlarını qoruyursa, Rusiya da ən azından MDB məkanında eyni haqqı qazanmalıdır və onun maraqlarına hörmət olunmalıdır.
Lakin ABŞ-nin əsas tərəfdaşları – Avropa İttifaqı ölkələri, xüsusilə Fransa, Almaniya və Böyük Britaniya belə Ukraynada Rusiyanın hegemonluğunu qəbul etmir və faktiki olaraq Moskvanı etibarlı tərəfdaş hesab etmirlər. Bu səbəbdən də Rusiyaya qarşı siyasi və iqtisadi mübarizə davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət