Azərbaycan idmançısı üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazandı
15:40 10.07.2021
İdman
612
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah İtaliyanın Roma şəhərində keçirilən üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanova istinadən məlumat yayıb.
Bildirilib ki, üzgüçülük üzrə milli komandanın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafədə batterflay üsulunda 27,12 saniyə göstərici ilə finala yüksəlib.
“Bu, Azərbaycan üzgüçülük tarixində bir ilkdir. Bu yarışda Avropanın üzgüçülük üzrə çox güclü milli komandalarının yüksək nəticələr göstərən idmançıları iştirak edir. Azərbaycan üzgüçüsünün belə bir mötəbər turnirdə finala vəsiqə qazanması böyük uğur hesab oluna bilər”, - deyə, Rəşad Əbdürrəhmanov əlavə edib.
Baş məşqçinin sözlərinə görə, bu yarışda ölkəmizi milli komandamızın digər üzvü olan Ramil Vəlizadə də təmsil edir.
“Bu üzgüçümüzdən də yüksək nəticələr gözləyirik. Bu Avropa Birinciliyində üzgüçülərimizin uğur qazanacağına böyük ümidlərimiz var. Ramil Vəlizadə beynəlxalq turnirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücündə olan idmançıdır. Ümidvaram ki, o da Məryəm Şeyxəlizadəxangah kimi ən azı final mərhələsinə vəsiqə qazanmaq gücündədir”, - deyə millimizin baş məşqçisi vurğulayib.
Qeyd edək ki, Romada keçirilən Avropa Birinciliyində 48 ölkədən 304-ü kişi, 261 qadın olmaqla ümumilikdə 565 idmançı güclərini sınayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya