Azərbaycanlı dünya çempionu: "Ermənistan idmançısı ilə görüşüm çətin keçdi"
Yusif Nəzərli
11:43 23.08.2022
İdman
848
"Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 dünya çempionatının qalibi olmuş Nihad Quluzadə deyib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı gənclərdəki son ilini uğurla başa vurduğunu bildirib: "“Bu il Avropa və dünya çempionu oldum. Bir illik əziyyətimiz boşa getmədi. Məşqçilərimizə, diqqət və qayğısını bizdən əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Dünya çempionu olduğum üçün çox sevinirəm. Yunanıstan və Yaponiya güləşçilərinə tam üstünlüklə qalib gəldim. Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi. Ona da qalib gəldim. Finalda AÇ-də məğlub etdiyim Rumıniya güləşçisiylə qarşılaşdım və yenə ona qalib gələrək dünya çempionu oldum”.
67 kq-da dünya çempionu olan Kənan Abdullazadə 5 görüş keçirdiyini qeyd edib: "Bir neçə qarşılaşmada hesabda geridə olsam da, qələbə qazana bildim. Ən gərgin görüş Türkiyə güləşçisinə qarşı baş tutdu. Finalda Gürcüstan idmançısıyla qarşılaşdım. Avropa çempionatında ona məğlub olmuşdum. Bu dəfə revanş aldım. Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan məşqçilərimizə təşəkkür edirəm”.
72 kq-da mübarizə apararaq qızıl medal qazanmış Qurban Qurbanov 5 il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olduğunu xatırladıb: "Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim. Əziyyətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.
Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov onları ağır yarış gözlədiyini bildiklərini qeyd edib: "Bir neçə komandayla birgə yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Vitaminlə təmin olunmuşduq. Federasiya rəhbərliyinə və məşqçilərimizə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə idi. Nəticə də göz qabağındadır. DÇ-də 50-ə yaxın ölkə təmsil olundu. 3 qızıl və 2 gümüş bürünc medal qazandıq. Komanda hesabında 2-ci yeri tutduq. Son 8 ilin ən yaxşı nəticəsinə imza atdıq. Hər kəsi təbrik edirəm. Hətta bundan da yaxşı nəticə gözləyirdim. Bəzi çəkilərdə gözlədiyimiz nəticəni ala bilmədik. Bu da zədələrlə bağlıdır. Bizim üçün çətin olacağını bilirdik. Çünki 97 və 130 kq-da təmsil olunmurduq. Ancaq güvəndiyimiz idmançılarımız var idi. Tarixi nəticəyə imza atdıq. Bu gənclərimizə hətta qarşıdakı Olimpiya Oyunlarında da etimad göstərmək olar. Taktiki-texniki hazırlıqları qaydasındadır”.
Xatırladaq ki, DÇ-də Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan İrandan sonra ikinci olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual