Baydendən mesaj: "Tələbə şəhərciyində antisemitizmə yer yoxdur"
Yusif Nəzərli
21:41 07.05.2024
İdman
640
ABŞ prezidenti Bayden paytaxt Vaşinqtonda keçirilən Holokost qurbanlarının anım mərasiminə qatılıb və kampus hadisələri və antisemitizmlə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, ABŞ və ya digər ölkələrdə antisemit nifrət çıxışlarının artdığını və buna qarşı mübarizə aparmaq üçün əllərindən gələni etdiklərini qeyd edən Bayden, ölkədə heç bir yəhudinin onun rəhbərliyi altında özünü təhlükədə hiss etməyəcəyini söyləyib.
Çıxışında İsrailin Qəzzaya hücumlarına və ABŞ rəhbərliyinin dəstəyinə etiraz olaraq universitet şəhərciyində başlayan nümayişlərə toxunan Bayden, ifadə azadlığna hörmət etdiklərini, lakin antisemit hərəkət və ifadələrə dözməyəcəklərini bildirib.
Bayden deyib: "İnsanlar Amerikada ifadə azadlığı, müzakirələr aparmaq, dinc etiraz etmək hüququna malik olduqlarına və bu hüquqlara hörmət edildiyinə çox inanırlar. Mən başa düşürəm ki, bura Amerikadır. Amma Amerikanın hər hansı bir kampusunda və ya hər hansı bir yerində antisemitizmə, nifrət nitqi və ya zorakılığa yer yoxdur" .
Tələbələrin kampus binalarına ziyan vurduğunu və bəzi kampuslarda şiddət səhnələrinin yaşandığını bildirən Bayden, bu cür nümayişlərin qanuna zidd olduğunu vurğulayıb .
Bayden əvvəlki açıqlamalarında da ifadə azadlığı hüququnu müdafiə etdiklərini, lakin kampus tədbirlərində zorakılığa səbəb olan nümayişçilərin qanundan kənara çıxdığını və bəzi nümayişlərin antisemit olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm