Çexiya millisinin sabiq üzvü: "Viktoriya"nın "Qarabağ"ı keçəcəyini gözləmirdim"
Yusif Nəzərli
15:26 24.08.2022
İdman
587
"Viktoriya"nın mərhələni keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir".
"Report"un məlumatına görə, bunu Çexiya millisinin sabiq futbolçusu Milan Fukal "Viktoriya" (Plzen) komandasının evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
47 yaşlı veteran müdafiəçi bildirib ki, Plzen təmsilçisi Mixal Bileki baş məşqçi təyin etməklə, ötən ilin yazında başladığı səyahətin zirvəsinə çatıb: "Bu komandanı çoxdan bəyənirəm, "Viktoriya"nın sərgilədiyi futbolun başı və ayağı var. Əvvəlki matçlarına baxanda komandanın Avropa Liqasının qrupuna düşəcəyinə ümid edirdim. Amma sonda Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, bütün Çexiya futbolu üçün əla göstəricidir".
Onun sözlərinə görə, "Viktoriya" hesabda geri düşməsinə baxmayaraq, böyük döyüş ruhu nümayiş etdirdi: "Komanda baş verə biləcək ən çətin vəziyyətlə üzləşdi. Amma uşaqlar bacardılar. Çempionlar Liqasında böyük matçlar komandanı daha da gücləndirəcək".
Qeyd edək ki, Bakıdakı ilk matçda "Qarabağ"la qolsuz heç-heçə edən "Viktoriya" ev qələbəsi sayəsində Çempionlar Liqasının qrup mərhələsinə çıxıb. "Köhlən atlar" isə mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm