Cüdo yığmamızla bağlı sərt təndiq:“Maşurenko məşqçi deyil”
Banuçiçək Kalbalıyeva
08:48 06.08.2021
İdman
772
“Onu çoxdan çıxarmaq lazım idi”
“Məlum olduğu kimi, məşqçilər korpusu artıq tam heyətlə istefaya göndərilib”
“Yeni komanda formalaşdırılacaq”
Yaponiyanın paytaxtı Tokiodo keçirilən növbəti Olimpiya Oyunları Azərbaycan milli komandası üçün hələlik uğurlu deyil. Belə ki, ötən günlər ərzində cəmi üç idmançımız- cüdoçu İriniza Kindzerskaya, boksçu Alfonso Dominges və yunan- Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə qalxmağı bacarıblar. Təmsilçilərimizin üçü də bürünc medal qazanıb. Qızıl və gümüşlərə isə hələlik həsrətik. Bu isə o deməkdir ki, dünyada idman vətəni kimi tanınan Azərbaycanın bu status kölgə altına düşə bilər. Hər halda SOS siqnalı çalmağın vaxtıdır.
Cüdo üzrə qadınlardan ibarət yığma komandamızın keçmiş baş məşqçisi, Əməkdar məşqçi İbadulla Şahbanov düçar olduğumuz uğursuzluq barədə “Sherg.az”a danışdı:
“Əlbəttə, cüdoçularımıza ümid bəsləyirdik. Əslində hazırlıqlarda problem yox idi. Təlim-məşq toplanışları vaxtlı-vaxtında təşkil edilirdi. Sadəcə məşqçi korpusu kifayət qədər təcrübəyə malik deyildi.Ukraynalı mütəxəssis Ruslan Maşurenko, ümumiyyətlə, məşqçi deyil. Onu çoxdan çıxarmaq lazım idi. Məlum olduğu kimi, məşqçilər korpusu artıq tam heyətlə istefaya göndərilib.
Yeni komanda formalaşdırılacaq. Bu da düzgün addım olmadı. Çünki əvvəlkilər heç olmasa, bir olimpiada görmüşdülər. Növbəti mötəbər yarışlar üçün praktika qazanmışdılar. Yenilər isə sıfırdan başlamalı olacaqlar”.
İ.Şahbanov, həmçinin məyusluğunu ifadə etdi:
“Əvvəllər yığma komandada cəmi dörd məşqçi var idi- Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Əli Dərvişov və mən. İndi isə ən azı iyirmi məşqçi cüdoçularla işləyir. Lakin bizim nəticələrimiz daha yaxşı olurdu. Nəzərinizə çatdırım ki, Tokioya yollanan idmançılarda ciddi çatışmazlıq yox idi. Amma bundan sonra toparlanmaq, komandanı bərpa etmək çətin olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm