Göygöl şəhərində taekvondo idman növü üzrə elektron sistemlə döyüşlər keçirilib.
Sherg.az xəbər verir ki, yarışda iştirak edən Musayev Yusif Elməddin oğlu nümayiş etdirdiyi özünəinamlı və texniki döyüş bacarığı ilə fərqlənib. O, keçirdiyi döyüşlərin nəticəsinə əsasən yarışın qalibi olaraq I yerə layiq görülüb.
Yusif Musayevin uğuru sertifikatla rəsmiləşdirilib.
Yarışın təşkilatçısı Zülfüqar Qasımov olub.


