
İlkin Fikrətoğlu: Niyə yerli mütəxəssislərə güvənmirik?
13:06 07.12.2023
İdman
548
Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.
Türkiyə mətbuatı xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış idman jurnalisti, Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu bildirib ki, Türkiyəli mütəxəssislərdə daxil olmaqla hansısa əcnəbi baş məşqçinin gəlib burada nəticə verəcəyinə inanmır:
“Azərbaycan milli komandasında əcnəbi məşqçi məsələsini yığmada geniş oyunçu seçimi olana qədər bağlamaq lazımdır. 20 ildir Qurban Qurbanovun qısa dönəmini çıxsaq əcnəbi məşqçilərin biri gedir, biri gəlir. Guya onlar nə nəticə qazanırlar ki ? Toplanan ortalama xal 7-8 olur. Bu nəticələri orta səviyyəli yerli məşqçilərlə də qazanmaq olar. Q. Qurbanovun qəbul edəcəyini düşünmürəm amma Tərlan Əhmədov kimi batmış komandalarla nəticə verən mütəxəssis var. Həmçinin Samir Abbasov da bacarıqlı baş məşqçidir. Bəlkədə milli komandanın sükanı arxasına keçmək Azər Bağırov üçün biraz tez ola bilər, amma oda son zamanlar gördüyü işlər ilə yaxşı nəticələr əldə edir”.

İ.Fikrətoğlu orta səviyyəli millilərdə yerli mütəxəssislərə daha çox üstünlük verildiyini vurğulayıb:
“Moldova millisi baş məqçi postuna yerli mütəxəssislərdən olan Sergey Kleşenkonu gətirib. Moldova millisi ulduzlardan qurulan bir komanda deyil. Amma onlar orta səviyyəli futbolçularla son ana qədər Avropa Çempionatına vəsiqə uğrunda mübarizə apardı. Sonuncu turda Çexiya millisinə uduzaraq şanslarını itirdilər. Bizim bəyənmədiyimiz yığma komanda Avropa Çempionatının bir addımlığında idi. Bu nəticəni öz yerli məşqçilərinə güvənərək əldə etdilər. Kleşenkonu dünya futbolunda heç kim tanımır. Futbolçu olaraq karyerasını bir necə il bundan öncə bitirib. Moldova Futbol Federasiyası ona inanaraq şans verdi. Biz niyə Tərlan Əhmədova, Samir Abbasova, Rəşad Sadığova, Azər Bağırova güvənmirik ? Onsuzda əcnəbi mütəxəssislərin də nəticəsi yoxdur. Ona görə mən hazırki vəziyyətdə əcnəbi məşqçi seçimini lazımsız qərar olaraq qiymətləndirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya