Kamila Valieva: “İrəli və mahnı ilə!”

Rusiyalı fiqurlu konkisürən Kamila Valieva yeni mövsüm öncəsi özünü əmin hiss etdiyini bildirib.

Sherg.az xəbər verir ki, 20 yaşlı idmançı “Birinci kanal”ın efirində qorxu və şübhələrin hər bir idmançının həyatının ayrılmaz hissəsi olduğunu deyib. Onun sözlərinə görə, qorxunu özünəinamla, şübhələri isə hərəkətlə dəf etmək mümkündür.

“Buna görə də irəli və mahnı ilə!” - deyə Valieva bildirib.

Xatırladaq ki, avqustun əvvəlində Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Valievaya neytral status verib. Bu qərar onun beynəlxalq yarışlarda iştirakına yol açır. İdmançı antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi və cəzası 25 dekabr 2025-ci ildə başa çatıb.

Valieva hazırda yeni mövsümə hazırlaşır və beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırır.