Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu model Corcina Rodriqeslə evlənib.

Oxu.Az xəbər verir ki, 41 yaşlı futbolçu sosial şəbəkələrdə nişan üzükləri taxılmış əllərinin fotosunu paylaşıb.

"People" nəşrinin məlumatına görə, rəsmi nikah mərasimi 2026-cı il avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində baş tutub. Toy qapalı və gizli şəkildə keçirilib. Mərasimdə cütlüyün yalnız beş övladı iştirak edib.

Ronaldu və 32 yaşlı Corcina 2017-ci ildən münasibətdədirlər. Onlar Rodriqes "Gucci" mağazasında satıcı-məsləhətçi işləyərkən Madriddə tanış olublar.