Qara Qarayev: “Karyeramda daha uğurlu dönəm olacağını düşünərək “Neftçi”yə gəldim”
Yusif Nəzərli
06:38 25.07.2023
İdman
467
“Karyeramda daha uğurlu dönəm olacağını düşünərək bura gəlmək qərarı verdim”.
“Report” xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Qara Qarayev klubun televiziyasına açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı “Neftçi”yə dəyişməsinin səbəbini izah edib: “Mənə göstərilən etimada görə “Neftçi” rəhbərliyinə minnətdaram. Məhz həmin etimad məni bu seçimi etməyə vadar etdi. Düşündüm ki, gələcək karyeram üçün “Neftçi”də davam etmək daha faydalı olar. Rəhbərliyin və kapitan Emin Mahmudovun sayəsində “Neftçi”nin üzvü oldum. Bu, həm öz istəyim, həm də onların köməyi idi. Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən. Onunla söhbətlərdə mənə çox faydalı məsləhətlər verdi”.
Azərbaycan millisinin üzvü yetirməsi olduğu “Qarabağ”a da təşəkkür etməyi unutmayıb: “Rəqabətli komandaya keçsəm də, “Qarabağ”ın əziyyətini, dəyərlərini heç vaxt unutmayacağam. Hər bir dəyəri öz yerində qoruyub saxlaya bilərəm. 18 ildə mənə möhtəşəm dəstək oldular, ailə üzvü kimi qorudular. Ömrümün sonuna kimi onlara təşəkkür edəcəyəm. Bu, mənim həm mənəvi, həm də əxlaqi borcumdur”.
Qara Qarayev “Neftçi” azarkeşlərinin rəğbətini qazanmaq üçün çox çalışacağını diqqətə çatdırıb: “Neftçi”də ailənin üzvü olmaq bir az çətindir. Çünki “Neftçi” adının hədəfləri var. Bu komandanın bir parçası olmaq üçün çox çalışmaq lazımdır. Həm yığmada, həm də “Qarabağ”da necə ləyaqətlə çıxış etmişəmsə, eyni dərəcədə “Neftçi”nin də adını qoruyacağam. Həm meydanda, həm də ondan kənarda ən yaxşılardan olmaq üçün mübarizə aparacağam. Azarkeşlərə hansısa vədi vermək istəmirəm. Onlar iş, məhsuldarlıq görmək istəyirlər”.
Təcrübəli futbolçu hər hansı bir aqressivlik sərgiləməyəcəyini də vurğulayıb: “Bura gələndə vəd almamışam. Karyeramın gələcəkdə hansı yöndə davam edəcəyini bilmirəm. Heç kimə vəd vermərəm, heç kimdən də vəd almaram. Sadəcə, inam istəyərəm. Biz bir-birimizlə yox, klubun amalı üçün başqaları ilə rəqabətə hazır olmalıyıq. Karyeramı daha peşəkar şəkildə davam etdirməliyəm. Əlavə hiss, xüsusi aqressiya karyerama böyük zərbə vura bilər. “Neftçi”də də Qara adını qoruyub saxlayacağam”.
Qeyd edək ki, Qara Qarayev “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou