Qurban Qurbanov: "Bizim üçün vacib qarşılaşmadır"
09:26 13.12.2023
İdman
380
"Bu il son oyuna çıxırıq. Bizim üçün vacib qarşılaşmadır".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib: "Rəqib görüşə ciddi hazırlaşır. Turniri xalsız tərk etmək istəmirlər. Bunu nəzərə almalıyıq. Oyunçuların psixoloji cəhətdən də matça tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm".
Qurbanov Finlandiyada əməliyyat olunan müdafiəçi Kevin Medinanın yoxluğuna toxunub: "Bu matçda hamının sağlam olmasını istərdim. Futbolçular hamısı bunu haqq ediblər. Təəssüflər olsun ki, Medina heç Bakıda da olmayacaq. Dünən özü ilə görüntülü danışdım. Əsas oyunçularımızdan biridir. Onun da meydanda olmasını istərdik. İnanıram ki, digər futbolçular istədiyimiz kimi çıxış edəcək. Medinanın qısa zamanda dostlarının, ailəsinin yanında olmasını arzulayıram. Marko Veşoviçin durumu isə normaldır. Onun meydana çıxacağına ümid edirəm".
Təcrübəli baş məşqçi Avropa Liqasında pley-offa vəsiqə qazanmaq ehtimalı barədə danışıb: "Daha əvvəl şansları əldən vermişik. İndi istək həddindən artıq çoxdur. Biz soyuqqanlı yanaşmalıyıq. Səhvlərin az olması üçün çalışmalıyıq. Meydanda düzgün oyunla istəyimizə çatmaq istəyirik. İnanıram ki, futbolçular ən düzgün oyunlarını göstərəcəklər".
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya