
Zelenskinin istifadə müddəti bitib: Tramp onunla əməkdaşlıq etməyəcək
11:56 05.02.2025
Dünya
473
“Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyadan olan jurnalist Pirs Morqanın “YouTube” kanalına verdiyi müsahibəsində bildirib.
O deyib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ABŞ-dəki silah istehsalı şirkətləri son 50 ilin ən bahalı alqı-satqı müqavilələrini imzalamağa nail olublar: “Müharibə səbəbindən bütün Avropa ölkələrində silah alınmasına maraq var. Bu isə böyük məbləğdə pullar deməkdir. ABŞ-dəki istehsalçılar Avropada da ofislərə malik olduğundan hətta lisenziyalardan milyonlarla dollar qazana bilir. Biz özümüz Rusiyanın hərbi texnikasını, bu ölkənin ərazisindəki energetika obyektlərini və hərbi hədəfləri vurmaq üçün pilotsuz uçuş aparatları istehsal etmişik”.
V. Zelenski əlavə edib ki, ölkəsində hazırlanan texnologiyalardan Qərb dövlətləri də istifadə edir: “ABŞ isə bütün bunlarla yanaşı quru qoşunları ilə müharibə aparmaqda böyük təcrübə qazandı”.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, ABŞ-nin yeni hökumətinin Zelenski ilə əməkdaşlıq etməyəcəyi tam aydındır:

"Ukrayna Prezidenti yaxşı başa düşür ki, artıq onun istifadə müddəti bitib. Həmçinin Zelenskini daha çətin dönəm gözləyir. Böyük ehtimalla, o, bundan sonrakı həyatını Ukraynada davam etdirə bilməyəcək. Bu baxımdan müharibənin bitməsi və ABŞ-nin getdikcə Ukraynaya dəstəyini azaltması ilə bağlı proses başlayacaq. Həmçinin Rəsmi Kiyev təslimçi sülhə məcbur ediləcək. ABŞ və Rusiya arasındakı əlaqələrin normallaşması Vaşinqton üçün prioritet istiqamətlərdən biridir. Eyni zamanda Moskva ilə danışıqların aparılmasının siqnalları verilir. Buna görə də Zelenski çox narahatdır".
Politoloq qeyd edib ki, Tramp Ukrayna Prezidentini ittiham edib və "ən böyük alverçi" adlandırıb:
"Üstəlik, ABŞ-dən həmişə maliyyə dəstəyi qoparmağa cəhd etməsi ilə bağlı fikirləri var idi. Zelenski hazırkı açıqlamasını elə Trampa cavab olaraq deyib. O bildirir ki, əslində Ukraynanın savaşa sürüklənməsinin arxasında Bayden administrasiyası dayanırdı. Dolayısı ilə əsaslandırmağa çalışır ki, hansı siyasi xətti yürüdəcəyindən asılı olmayaraq, ABŞ-nin istənilən hökuməti Ukraynanın bu vəziyyətə düşməsində başlıca məsuliyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi